04.05.2018 - 15:42
Dünya 1 baxış

“Amerikaya ölüm” nişanı olan mesajlaşma tətbiqi yaradılıb

İranda yerli mütəxəssislər tərəfindən mobil mesajlaşma tətbiqi yaradılıb.

Minval.info xəbər verir ki, tətbiqin yaradılmasında məqsəd İranda 50 milyon istifadəçisi olan və kifayət qədər məşhurluq qazanmış “Telegram” xidmətindən iranlıların imtina etdirməkdir. Bununla insanları yeni tətbiqə keçirməyə çalışırlar.

Teleqramın ölkədə tərxibat yaratdığını əsas gətirən yerli hakimiyyət ötən ilin dekabrında hökumət əleyhinə etirazların qızışdırılmasında bu tətbiqin böyük rolu olduğunu düşünür.

Yerli hakimiyyət tərəfindən yeni yaradılan “Soroush” adlı tətbiqdə çadra geyimində, əlində ali rəhbər Ayətullah Əli Xameneyinin, İsrail, ABŞ və masonlara “ölüm” şüarları yazılmış plakatları tutan emoji ilə təchiz olunub.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: