Almaniyada yaşayan azərbaycanlı qadın deportasiya edilməmək üçün özünə qəsd edib
Hazırda Almaniyanın Bamberq şəhərində yaşayan Azərbaycan vətəndaşı, 40 yaşlı Kəmalə İmaməliyeva özünə qəsd edib.
Minval.İnfo azeuronews.com-a istinadən xəbər verir ki, “Legat” İnteqrasiya mərkəzinə müraciət edən Kəmalə İmaməliyeva bildirib ki, uzun müddət Azərbaycanda, Türkiyədə “İltihablı rematizma” diaqnozu ilə müalicə olunub. Maddi vəziyyəti müalicəsini davam etdirməyə imkan vermədiyindən, eləcə də Azərbaycanda lazımi sosial və maddi dövlət dəstəyini ala bilmədiyindən Almaniyaya üz tutub.
Almaniyada yaşadığı 4 il ərzində o müalicə edilib, bir sıra əməliyyatlar keçirib. Ancaq sığınacaq statusuna mənfi cavab verildiyindən haqqında ölkəsinə geri göndərilmə qərarı çıxarılıb.
23 yanvar 2018-ci ildə səhər saatlarında 30 nəfərə yaxın xüsusi əlcəkli və silahlı polis əməkdaşının onun yaşadığı mənzilə girməsi ilə stress keçirib və bıçaqla öz qarın nahiyyəsinə zərbələr endirib. Aldığı zədələrə görə əməliyyat keçirib və daha sonra ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəb mədrəsə deyil, öz qaydaları var
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib