Aİ 92 benzin də bahalaşıb? - FOTOFAKT
SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 benzininin litri artıq 1 manatdan satılır.
Minval.info-nun Cebhe.info-ya istinadən məlumatına görə, Aİ92 benzini ilə bağlı qiymət dəyişikliyi rəsmən elan olunmasa da, adıçəkilən məntəqədə artıq bu növ yanacaq 10 qəpik baha satılır.
SOCAR-ın qiymət tablosunda da bu fakt əksini tapıb.
“İstPetrol” yanacaq doldurma məntəqəsində qiymət tablosu söndürülsə də hələlik Aİ 92 benzininin köhnə qiymətlə satıldığı deyilib. Yanacaqdoldurma məntəqəsindən bildirilib ki, Aİ 92-nin bahalaşacağı ilə bağlı onlarda hər hansı informasiya yoxdur.
Qeyd edək ki, avqustun 19-da axşam saatlarında Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

ƏLAQƏLİ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə