Ağır qəzada ölən və yaralananların adları açıqlandı - AZƏRBAYCANDA + FOTOLAR
Yevlax rayonunda ağır yol qəzası baş verib.
Minval.İnfo Report-a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində “Ford Transit” markalı “01-BM-681” dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq “Kamaz” markalı “09-BC-050” dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.
Ağır xəsarət alan Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Emin İlham oğlu Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb.
Daha iki nəfər – Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Əlverdiyev Orxan Elfan oğlu və onun həmyaşıdı Yasamal rayon sakini, Yüsibov İlkin Tofiq oğlu müxtəlif bədən xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, ölən və yaralananlar “Ford Transit” markalı avtomobildə olanlardır.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qazaxda avtomobil qəzası: İki qardaş yaralandı
Dağlıq bölgələrdə qısamüddətli yağış və şimşək
Lütfi Zadənin anım günü: Dahinin izi qalır
Zaqatalada mağaza yanğını: Xəsarət alan yoxdur
Bakıda 3 günlük yağış: Leysan və dolu gözlənilir
Azərbaycanda sel təhlükəsinə hazırlıq nə yerdədir?
Şuşada tarixi qayalara yazılar: Şəhidlərə hörmətsizlik!
