ABŞ siyasətində maraqlı statistikalar: Ən çox söyüş işlədən prezidentlər məlum oldu
Son illərdə ABŞ-da siyasətçilərin çıxışlarında kobud və nalayiq ifadələrin istifadəsi rekord həddə çatıb. 1919-cu ildən bəri prezidentlərin işlətdiyi söyüş və təhqiramiz ifadələrin 87 faizi son 10 il ərzindəki prezidentlərin payına düşür.
Minval.info xəbər verir ki, bu barədə “The Post” nəşri məlumat yayıb.
Araşdırma nəticəsində məlum olub ki, hazırkı prezident Donald Tramp və keçmiş prezident Co Bayden ümumilikdə 538 dəfə söyüş və kobud ifadə işlədib. Bu, 1919-cu ildən bəri qeydə alınmış 692 belə ifadənin 78 faizini təşkil edir.
ƏLAQƏLİ
Trampın Ukrayna müharibəsi ilə bağlı açıqlamasına Rusiyadan sərt reaksiya
Kardiff Universitetinin müəllimi doktor Cozef Fillips, əvvəllər prezidentlərin rəsmi çıxışlarında nalayiq sözlər işlətməsinin olduqca nadir hal olduğunu vurğulayır. O, bu sahədəki ilk tabunun 1919-cu ildə prezident Vudro Vilsonun özünü “aşkar axmaq vəziyyətinə saldığını” etiraf etməsi ilə qırıldığını bildirir.
Ekspertin fikrincə, müasir dövrdə siyasətçilərin kobud ifadələrdən istifadə etməsi seçicilər tərəfindən səmimiyyət əlaməti kimi qəbul edilir. Hakimiyyətə inamın azaldığı bir dövrdə “filtrsiz danışmaq” bəziləri üçün daha inandırıcı görünür.
Tramp və Bayden prezident söyüşlərinin rekordçusu kimi tanınır. Araşdırmada qeyd edilir ki, Donald Tramp çıxışlarında sərt və təhqiramiz ifadələrdən daha çox istifadə edən prezidentdir. O, ABŞ-ın İranı “ağır şəkildə cəzalandıracağını” bildirərək sərt ifadələr işlədib.
Müəllif, Trampın Ağ Ev siyasi leksikonuna əvvəllər prezidentlərin işlətmədiyi bir sıra kobud sözləri gətirdiyini vurğulayır. Co Bayden isə, 2010-cu ildə vitse-prezident olduğu dövrdə Barak Obamaya səhiyyə islahatı ilə bağlı qanunun imzalanması zamanı “Bu, həqiqətən çox böyük işdir” ifadəsini nalayiq sözlərlə vurğulaması ilə yadda qalmışdır.
Araşdırmaya əsasən, ABŞ Konqresində də emosional və kobud çıxışların sayı artır. “YouGov” sorğuları göstərir ki, gənc amerikalılar siyasətçilərin söyüş işlətməsinə yaşlı nəsillə müqayisədə daha tolerant yanaşırlar.
Son olaraq, respublikaçı senator Berni Moreno Senat dinləmələri zamanı Entoni Fauçiyə emosional şəkildə kobud ifadə ilə müraciət edib. Demokrat konqresmen Syuzi Li isə Tramp barədə paylaşımını söyüşlü ifadə ilə şərh etdikdən sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampın Ukrayna müharibəsi ilə bağlı açıqlamasına Rusiyadan sərt reaksiya
Gülben ergen i̇nstaqramdan ayda 400 min qazanır
Dünyada ən çox avtomobil satan şirkət məlum oldu
Rəsmi görüşə şortla gəldi, gündəm oldu - Fotolar
İsrail Trampın sülh planına şübhə ilə yanaşır
Məşhur aktyor saxlanıldı