ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıdı

ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib.
APA-nın xəbərinə görə, ABŞ prezidenti bəyanatını mövcud reallığa əsaslanaraq verdiyini bildirib.
“Yerusəlimin rəsmi olaraq İsrailin paytaxtı kimi tanınmasının vaxtı çatıb”, deyə D.Tramp vurğulayıb.
D.Tramp həmçinin əlavə edib ki, ABŞ regionda sülhün əldə olunması üçün əlindən gələni edəcək.
Bundan əvvəl ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.
Aİ isə D.Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır