ABŞ-İran gərginliyi neft nəhənglərinə sərvət qazandırdı: Saatda 42 milyon dollar!
ABŞ ilə İran arasında artan gərginlik, Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənliklə birlikdə, dünya neft nəhənglərinə 2026-cı ilin ikinci rübündə 93 milyard dollar xalis mənfəət gətirib.
Minval.info xəbər verir ki, bu rəqəm, şirkətlərin hər dəqiqədə təxminən 700 min dollar qazanması deməkdir. Bu dövrdə ən yüksək mənfəəti əldə edən “Saudi Aramco”nun xalis gəliri 33 milyard dolları keçib. “ExxonMobil”, “Chevron”, “Shell”, “BP”, “TotalEnergies”, “Eni” və “Equinor” kimi şirkətlər də gözləntiləri üstələyən maliyyə nəticələri açıqlayıblar. Xüsusilə “Shell”in mənfəəti, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb.
Mütəxəssislər, Yaxın Şərqdəki gərginliyin və neft qiymətlərinin yüksəlməsinin şirkətlərin maliyyə nəticələrinə müsbət təsir etdiyini bildirirlər. Bu arada, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi, Oman vasitəsilə aparılan danışıqlarda son mərhələyə yaxınlaşdıqlarını qeyd edib. O, müzakirə olunan marşrutun 2-4 aylıq müvəqqəti bir yol olacağını bildirib və Hörmüz boğazının tam açılmasının ABŞ-nin atacağı addımlardan asılı olduğunu vurğulayıb.
ƏLAQƏLİ
Vaşinqtondan Tehranla yeni səhifə: Sanksiyalar azalır, münasibətlər dəyişir?
Hörmüz boğazı, dünya neft ticarətinin ən mühüm keçid nöqtələrindən biri olaraq, burada baş verən hadisələrin qlobal enerji bazarına birbaşa təsir göstərdiyi qeyd olunur. Ekoloji təşkilatlar isə rekord mənfəət əldə edən neft şirkətlərinə əlavə vergi tətbiq olunmasını və həmin vəsaitin iqlim layihələrinə yönəldilməsini təklif edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vaşinqtondan Tehranla yeni səhifə: Sanksiyalar azalır, münasibətlər dəyişir?
Moskva-İrəvan ticarətində geriləmə: 2026-cı ildə vəziyyət daha da pisləşir?