ABŞ-İran gərginliyi: Hörmüzdə müharibə təhlükəsi!
ABŞ və İran arasında hərbi gərginlik yenidən artıb. ABŞ-ın İranın Larak adasına hücum etməsi və İran İnqilab Keşikçilərinin ABŞ-nin İordaniyadakı hərbi obyektlərinə ballistik raketlərlə cavab verməsi vəziyyəti daha da gərginləşdirib.
Minval.info xəbər verir ki, siyasi şərhçi Rəşad Bayramov ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən alovlanmasının əsas səbəbinin Hörmüz boğazı məsələsinin həll olunmaması olduğunu bildirib. ABŞ qüvvələri boğazdakı Larak adasında İranın raket buraxılış qurğularını vurub və bunu SEPAH-ın həmin qurğulardan dəniz minaları yerləşdirmək üçün istifadə etməyə hazırlaşması ilə izah edib.
Ekspertin fikrincə, İran üçün Larak adasına hücum ABŞ-nin onun strateji imkanlarını məhdudlaşdırması deməkdir. Buna görə də İran İnqilab Keşikçiləri ABŞ-nin İordaniyadakı hərbi obyektlərinə ballistik raketlərlə cavab verib. Bu hadisələr tərəflər arasında zərbə-cavab mexanizminin yenidən işə düşdüyünü göstərir.
Rəşad Bayramov qeyd edir ki, hər iki tərəf arasında ziddiyyətlər davam edir və bu səbəbdən hərbi münaqişə yenidən alovlanıb. Vaşinqton hərbi əməliyyatların intensivliyini azaltmaqla yanaşı, İrana qarşı iqtisadi və maliyyə təzyiqini gücləndirir. Tehran isə Hörmüz boğazına nəzarət imkanını ABŞ-yə qarşı əsas strateji rıçaqlarından biri kimi saxlamağa çalışır.
Siyasi şərhçi hesab edir ki, qarşıdakı günlərdə məhdud sayda cavab zərbələri davam edə bilər, lakin tərəflər eskalasiyanı azaltmağa çalışa bilərlər. Çünki uzunmüddətli müharibə hər iki tərəf üçün iqtisadi və siyasi baxımdan ağır nəticələr doğura bilər.
Vəziyyətin nəzarətdən çıxması ehtimalı da mövcuddur. Hörmüzdə kommersiya gəmilərinə yeni hücumlar və ya İranın Körfəz ölkələrindəki enerji obyektlərinə daha geniş hücumlar qarşıdurmanın yeni mərhələyə keçməsini sürətləndirə bilər. Bu zərbələrdən sonra neftin qiymətinin artması və boğazdan keçən gəmilərin sayının azalması qlobal nəticələrin nə qədər sürətlə yarana bildiyini göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran ABŞ bazasına PUA hücumu etdi
ABŞ və İran arasında Hörmüzdə gərginlik artır
Qara dənizdə tankerə PUA hücumu: Türkiyədə saya oturdu
Xarkovda marafon zamanı raket hücumu: 3 ölü
İran Hörmüzdə 30 gəminin keçidinə mane oldu
Rafael Leau "Qalatasaray"da: Transfer rəsmiləşdi!
Məkkə İttifaqının ilk toplantısı İstanbulda baş tutacaq