05.10.2026 - 11:03
ABŞ, İngiltərədəki B-1 bombardman təyyarələrini geri çəkdi
Dünya 8 baxış

ABŞ, İngiltərədəki B-1 bombardman təyyarələrini geri çəkdi

İngiltərənin Gloucestershire bölgəsində yerləşən Kraliyyət Hava Qüvvələrinin (RAF) Fairford Hərbi Hava Bazası yaxınlığında Whelford kəndində 85 ev, ərazidə şübhəli üç avtomobilin aşkar edilməsi səbəbilə təxliyə edilmişdi.

27 sentyabr tarixində baş verən hadisədə, şübhəli avtomobillərdə olan 20 yaşlarında beş İngiltərə vətəndaşı saxlanılmış, İngilis ordusuna aid bomba zərərsizləşdirmə qrupları bölgəyə göndərilmişdi.

Minval.info xəbər verir ki, İngiltərə rəsmiləri hadisənin arxasında İran bağlantısının olduğuna dair iddiaların araşdırıldığını bildirmişdi. Buna baxmayaraq, İranın Londondakı səfirliyi ABŞ bazası yaxınlığında saxlanılan şübhəlilərin İranla əlaqəsi olduğu iddialarını rədd etmişdi.

Şübhəlilərin avtomobillərində axtarış aparılarkən partlayıcı maddə izinə rastlanmamış, yalnız müəyyən miqdarda benzin tapılmışdı. Daha sonra gözaltına alınan beş nəfərin kefalətlə sərbəst buraxılmasına qərar verilmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: