ABŞ-ın i̇ranla gərginliyi: 45 "mq-9 reaper" pua-sı necə itirildi?
ABŞ ordusunun İranla münaqişə zamanı 45 ədəd “MQ-9 Reaper” pilotsuz uçuş aparatı (PUA) itirdiyi bildirilir.
Minval.info xəbər verir ki, “The Washington Post”un məlumatına əsasən, ABŞ rəsmiləri bu itkilərin sayının 45 olduğunu təsdiqləyiblər.
Bu rəqəm, ABŞ-ın MQ-9 Reaper parkının təxminən 25 faizinə bərabərdir. İtirilən PUA-ların hamısının İran tərəfindən vurulmadığı, bəzilərinin operatorlarla əlaqənin kəsilməsi nəticəsində düşdüyü qeyd olunur.
ƏLAQƏLİ
Ermənistan və Ukrayna arasında yeni siyasi mərhələ: İntensiv dialoq və əməkdaşlıq planları
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, “MQ-9 Reaper” PUA-ları kəşfiyyat, müşahidə və hədəfə zərbə endirmək üçün istifadə olunur. Hər bir PUA-nın qiyməti təchizatından asılı olaraq 30-50 milyon dollar arasında dəyişir.
Müharibədən əvvəl ABŞ-nin Hərbi Hava və Dəniz qüvvələrinin inventarında ümumilikdə 185 “MQ-9 Reaper” PUA-sının olduğu bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyalı filosofdan şok təklif: Böyük şəhərləri tərk edin, kəndlərə köçün!