ABŞ həbsxanasında iğtişaşlar: Ölən və yaralılar var

ABŞ-ın Cənubi Karolina ştatında həbsxanada baş vermiş iğtişaşlar nəticəsində yeddi məhbus həlak olub, on yeddi məhbus yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə cəzaçəkmə müəssisəsinin nümayəndəsi Cef Teylon açıqlama verib.
Məlumata görə, insident Bişopvil şəhərinin ciddi rejimli “Lee Correctional Institute” həbsxanasında baş verib.
Kütləvi dava bazar günü axşam saatlarında başlayıb. Hüquq mühafizə orqanları əməkdaşları iğtişaşlara yalnız bazar ertəsi səhər saatlarında son qoya bilib.
Cəzaçəkmə müəssisəsinin əməkdaşlarından heç kimin xəsarət almadığı deyilir.
Qeyd edək ki, iğtişaşların yaşandığı “Lee Correctional Institute” həbsxanasında ağır cinayətlər törətmiş 1500-ə yaxın məhbus cəza çəkir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı