28.08.2026 - 14:06
Dünya 206 baxış

ABŞ-dan İrana TRIPP zəmanəti: Tehran razılaşacaq?

ABŞ administrasiyası TRIPP layihəsi çərçivəsində İrana, xüsusilə də İranla sərhəd ərazilərdə ABŞ hərbi və ya təhlükəsizlik qüvvələrinin olmayacağına dair zəmanət verməyə hazırlaşır. Bu addımın Tehranın layihəyə olan mövqeyini yumşaldacağı gözlənilir.

Minval.info xəbər verir ki, İran TRIPP layihəsindən narahatdır və bu layihəni öz maraqlarına təhdid kimi qiymətləndirir. Lakin son zamanlar İranın bu məsələdə mövqeyində müəyyən yumşalma müşahidə olunur. İranın Ermənistandakı səfiri Xəlil Şirqulami, Tehranın layihənin geosiyasi və ya geoiqtisadi təhlükəsizlik təhdidi yaradıb-yaratmamasından asılı olaraq mövqeyini müəyyən edəcəyini bildirib. O, həmçinin Tehranın İrəvanla əməkdaşlıq etmək istəyini də vurğulayıb.

Ekspertlər hesab edir ki, İranın TRIPP layihəsinə qarşı mövqeyinin yumşalması, ilk növbədə, Yaxın Şərqdə ABŞ ilə mövcud olan hərbi qarşıdurmanın hüquqi və siyasi çərçivədə nizamlanmasından asılı olacaq. Əks təqdirdə, Tehran bu tip regional layihələrə daha ehtiyatlı yanaşacaq və onların arxasında öz təhlükəsizliyi üçün müəyyən risklər görməkdə davam edəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: