ABŞ-da "Qara cümə" günü onlayn alış-veriş üzrə rekord qeydə alınıb

Amerikalılar Milad endirim və güzəştləri mövsümünün əvvəlində, yəni 23-24 noyabr tarixlərində internet vasitəsi ilə alış-verişə rekord məbləğdə pul xərcləyiblər ki, bu da 2016-cı ilin analoji dövründə edilən xərcləri 17,9% üstləyib.
“Report” xəbər verir ki, bu barədə “Reuters”ə istinadən RBK məlumat yayıb.
“Adobe Digital Insights” şirkətinin araşdırmalarına əsasən, Şükran günü və “Qara cümə”də onlayn alıcılar ümumilikdə 7,9 milyard dollar məbləğində mal alıblar.
“Criteo” marketinq şirkətinin məlumatına görə, “Qara cümə” günü alış-verişin 40%-i mobil telefonlar vasitəsi ilə edilib. Bu göstərici ötən ilin analoji dövründə 29% təşkil edib.
“Reuters”in məlumatına görə, bu il “alış-veriş çılğınlığı” ilə bağlı kifayət qədər az fakt qeydə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir
Yelo Bank-ın müşahidə şurasına yeni üzv seçildi
Neft qiymətləri Səudiyyə Ərəbistanı ilə ucuzlaşdı
Norm ASC 2025-ci ildə rekord gəlir əldə etdi
Neftin qiyməti sürətlə yüksəlir!
Səudiyyə nefti yenidən Hörmüz boğazında!