02.10.2026 - 13:52
ABŞ-da idam cəzasının tətbiqi ilə bağlı yeni müzakirə başladı
Dünya 5 baxış

ABŞ-da idam cəzasının tətbiqi ilə bağlı yeni müzakirə başladı

ABŞ-ın Tennessi ştatında həyata keçirilməsi planlaşdırılan idam cəzası, məhkum Krista Payk üçün gözlənilməz hadisələrlə yadda qaldı. İki doz ölümcül dərmanın iynə ilə vurulmasına baxmayaraq, Paykın infazı baş tutmadı. Onun şüurunu tam itirmədiyi, nəfəs almağa və hərəkət etməyə davam etdiyi bildirildi. Bu hadisə ABŞ-da ölüm cəzasının tətbiqi ilə bağlı müzakirələri yenidən gündəmə gətirdi.

Minval.info xəbər verir ki, Paykın infazı Neşvildəki Riverbend Yüksək Təhlükəsizlikli Həbsxanasında həyata keçirilməyə çalışıldı. Məhkumun vəkilləri, infaz qrupunun iki doz ölümcül dərman tətbiq etdiyini, lakin dərmanların təsir etmədiyini və Paykın ürəyinin hələ də döyündüyünü qeyd etdilər.

İnfaza şahid olan jurnalistlər prosesin adi haldan daha uzun çəkdiyini bildirdilər. Şahidlərin dediyinə görə, Payk dərmanların təsir göstərməyə başladığı düşünüldüyü anlarda belə nəfəs alır, xoruldayır və hərəkət edirdi.

BBC-nin məlumatına görə, Paykın vəkili Rendi Spayvi müştərisinin sağlamlıq vəziyyətinin ağır olduğunu və tibbi yardım aldığını bildirdi. Spayvi “Dünən gecə baş verənlər hələ də ağlımdan çıxmır” deyə əlavə etdi.

İnfazların dayandırılması

Tennessi ştatının qubernatoru Bill Li, baş verənlərin araşdırılması üçün əmr verdi və araşdırma tamamlanana qədər nəzərdə tutulan infazların dayandırıldığını açıqladı. Li, “Bu bir faciədir. Dünən gecə baş verənlərin olmasını heç kim istəmədi” dedi.

Payk, 1995-ci ildə 18 yaşında ikən sinif yoldaşı Kolin Slemmeri öldürdüyünə görə edam cəzasına məhkum olunmuşdu. Əgər infaz baş tutsaydı, o, Tennessidə 200 ildən sonra edam edilən ilk qadın məhkum olacaqdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: