25.08.2026 - 17:23
Dünya 21 baxış

ABŞ BMT-də Rusiyaya qarşı bəyanata qoşulmadı

ABŞ, BMT-də Ukrayna ilə bağlı Rusiyanı tənqid edən 50 ölkənin birgə bəyanatına qoşulmayıb. Bu bəyanat, Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen tərəfindən BMT-də oxunub.

Minval.info xəbər verir ki, bəyanatı imzalayan ölkələr Rusiyanı “tam, dərhal və qeyd-şərtsiz atəşkəs”ə razı olmağa və Ukraynadakı münaqişənin həlli üçün danışıqları bərpa etməyə çağırıblar. Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Yaponiya, Latviya, Litva, Monteneqro, Niderland, Yeni Zelandiya, Norveç, Moldova, Slovakiya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Birləşmiş Krallıq və digər ölkələr bu bəyanata qoşulublar. Lakin ABŞ bu sənədi imzalamayıb.

Konfliktoloq Üzeyir Şəfiyev bildirib ki, ABŞ-nin bu davranışının bir çox səbəbləri var. Onun fikrincə, səbəblərdən biri Avropanın İran məsələsində ABŞ-yə dəstək verməməsidir. Vaşinqton, İran məsələsinə bir cür, Ukrayna-Rusiya müharibəsinə isə başqa cür yanaşır. İrana qarşı ittifaqa dəvət edilən Avropa ölkələri bu məsələdə ABŞ-yə dəstək vermədilər. Buna görə də Vaşinqton, Avropanı cəzalandırır.

Digər tərəfdən, ABŞ Rusiya-Ukrayna müharibəsində merkantil və utilitar maraqlar güdür. Konfliktdən Amerikanın maraqları naminə maksimum istifadə etmək istəyir. ABŞ, Rusiya-Ukrayna müharibəsinə siyasi bazarlaşma obyekti kimi baxır və “dünya polisi” rolunda çıxış etmək istəyir.

Konfliktoloq hesab edir ki, belə vəziyyətin yaranmasına ABŞ ilə BMT arasında yaşanan problemlər də təsir göstərir. ABŞ-nin BMT-yə xeyli borcu var və BMT-nin bəzi qərarları Vaşinqtonu məmnun etmir. Bu əsasda da BMT-də Ukrayna məsələsi ilə bağlı sərgilədiyi mövqe ilə özünü beynəlxalq təşkilatlardan üstün aktor kimi göstərməyə çalışır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: