7,4 milyard dollar dəyərində Volkswagen qəbristanlığı - FOTOLAR
ABŞ-ın Kaliforniya ştatında, Viktorvill şəhərinin yaxınlığındakı səhrada Volkswagen markalı 350 min avtomobil var.
Almaniyanın nəhəng avtomobil konserni bu avtomobilləri dizel mühərrikləri ilə bağlı qalmaqala görə satışdan geri çağıraraq satın alıb.
Minval.info saytı CBS-ə istinadən bildirir ki, 350 min maşına görə avtokonsern 7,4 milyard dollar ödəyib.
2015-ci ilin sentyabrında qalmaqal qopmuşdu. Bəlli olmuşdu ki, Volkswagen avtokonsernin ABŞ-da dizel avtomobillərinin işlənmiş qaz tullantısı testi nəticələrini saxtalaşdırdığı aşkarlanmışdı.
ABŞ ətraf mühitin mühafizəsi agentliyi (EPA) aşkar etmişdi ki, həmin avtomobillərin kompüteri test aparılan zaman maşınları ekoloji cəhətdən daha təmiz iş rejiminə keçirə bilirmiş.
Volkswagen şirkətinin idarə heyətinin sədri Martin Uinterkorn bu hadisəyə görə üzr istəmişdi.
Sonucda avtokonsern dünyanın müxtəlif ölkələrində 11 milyon avtomobili satışdan geri çağırmışdı.
Səhradakı avtomobil məkanı indi “Volkswagen qəbristanlığı” kimi tanınır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!






