Bakı sakinləri ərzaq və tütün məmulatlarına 7 milyard manat xərcləyiblər

2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin əhalisinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 19 mlrd. 886,4 mln. manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2% artıb.
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,6%-ini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini 1,5% üstələyərək 19 mlrd. 7,1 mln. manat olub.
2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,7% artaraq 15 mlrd. 108,2 mln. manat olub. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi 2016-cı ilin yanvar-oktyabr aylarının səviyyəsini 2,7% üstələyərək 15 mlrd. 103,5 mln. manat təşkil edib.
İlin əvvəlindən paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə cəmi məhsulların alınmasına 93,5 manat daha çox vəsait xərcləyib.
2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq 6 mlrd. 861,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4% artaraq 8 mlrd. 246,6 mln. manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,9% artaraq 45,4% təşkil edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi