13 yaşlı qızı zorladığı iddiası ilə öldürüldü: Uşağın ondan olmadığı üzə çıxdı - VİDEO

Ötən il Türkiyənin Adana şəhərində 17 yaşlı gənc Muhammet Reşit Yıldırım 13 yaşlı qız F.B.-ya təcavüz edərək hamilə qoyduğu iddiasıyla qızın atası tərəfindən öldürülmüşdü.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 80 milyonluq Türkiyə xalqının qarğışı ilə dəfn olunan gəncin uşağın atası olmadığı üzə çıxıb.
Məhkəmə heyəti, zorlamadan dünyaya gəldiyini iddia edilən uşağın öldürülən Muhammet Reşit Yıldırımın övladı olub-olmadığını müəyyən etmək məqsədi ilə DNT testi keçirilməsini tələb edib. Bu səbəblə məhkəmə təxirə salınmışdı.
Muhammet Reşit Yıldırımdan götürülən nümunələr yoxlanılmaq üçün Adana Kriminal Polis Laboratoriyası İdarəsinə göndərilib. DNT testi körpənin Reşitin övladı olmadığını üzə çıxarıb. Testin nəticəsi qızın atasının iddialarını əssasız çıxarıb. Tək oğlu öldürülən ata isə üsyan edib:
“Qızım 13 yaşında deyir, amma 16 yaşı var və mənim oğlumun da 16 yaşı var idi. Mənim oğlum bu xarakterdə bir insan deyildi, səhər işə qoyurdum, axşam da işdən gedib götürürdüm. Mən, sadəcə, ədalət istəyirəm. Bu işin içində kim varsa, cəzalandırılsın. Oğluma şər atıldı. Öldürüldüyü gün məhv olduq, anası artıq yeriyə bilmir. Oğlumu 80 milyonun qarğışı ilə dəfn etdim. Atası həm oğlumu öldürdü, həm də şou göstərdi”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü