11 tələbə qızı öldürən rus manyak - müharibəyə qatılmaq üçün müraciət etdi
11 gənc qızın dəhşətli qətlində təqsirləndirilərək 25 il azadlıqdan məhrum edilən rusiyalı seriyalı qatil Vitali Manişin Ukraynadakı müharibəyə qatılmaq istəyir.
Minval.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, Manişin cəza çəkdiyi Yeniseysk həbsxanasının rəhbərliyinə rəsmi müraciət edərək Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq və cəbhə xəttinə yollanmaq istədiyini bəyan edib. Caninin bu müraciətinə hələlik rəsmi cavab verilməyib.
Məmurluq pərdəsi altında gizlənən seriyalı qatil…
Vitali Manişin törətdiyi dəhşətli cinayətlərdən yalnız onilliklər sonra ələ keçib. O, uzun illər sakit bir həyat sürüb, hətta yerli dövlət qurumlarında aşağı təbəqəli məmur kimi çalışaraq şübhələri özündən uzaqlaşdıra bilib.
İstintaq materiallarına əsasən, Manişin 1980-ci illərin sonundan 2000-ci illərin əvvəllərinədək gənc qızları ovlayıb. Onun qurbanlarının böyük əksəriyyəti Altay Dövlət Texniki Universitetinə daxil olmaq istəyən abituriyentlər olub. Qatil qızlara ali məktəbə qəbulda “köməklik göstərəcəyi” vədi ilə inam qazanır, daha sonra onları vəhşicəsinə qətlə yetirirmiş.
Ağır cinayətləri sübuta yetirilən Manişin məhkəmənin hökmü ilə 25 il müddətinə azadlıqdan məhrum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır