1 dollar 1,97 manat olacaq? - Manatla bağlı proqnoz
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb.
Oxu.az xəbər verir ki, agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyi müşahidə ediləcək.
2019-cu ildə orta məzənnə 1,79 manat/1 dollar, 2020-ci ildə – 1,87 manat/1 dollar, 2021-ci ildə – 1,97 manat/1 dollar səviyyəsində proqnozlaşdırılır.
“2017-ci ilin aprel ayından mübadilə məzənnəsi 1,97 manat/1 dollar səviyyəsində stabilləşib. Fikrimizcə, əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək”, – agentlik qeyd edir.
2018-ci ilin yekunlarına görə, manatın dollara nisbətən məzənnəsi 1,7 manat/1 dollar təşkil edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev yol tikintisinə 11 milyon manat ayırdı
Neftin qiyməti durmadan artır
TAP rəsmisi: “Qaz Avropanın enerji bazarında qalacaq”
Azərbaycan nefti 96 dollaradək ucuzlaşıb
Bolqarıstan daha çox Azərbaycan qazı almaq istəyir
Azərbaycan nefti ucuzlaşmaqda davam edir