Amerikada hökumətin tədbiri “Şeytana eşq olsun” çağırışı ilə açılıb
“Bükülməyəni sındırmaq lazımdır”
“The Washington times” yazır ki, Alyaska hökumətinin regional toplantısını açmaq hüququ qazanan şəxs “Şeytan Məbədi” dini qurumunun üzvü olub və o, rəsmi tədbirin açılışında “Şeytan eşq olsun” çağrışı edib. Bundan narahat olan onlarla rəsmi şəxs tədbirin keçirildiyi binadan çölə çıxıb.
Daha sonra isə bu çağırışa etiraz edən insanlar nümayişə çıxıb. Onlar əllərində tutduqları şüarlarda hər kəsi “Şeytanı və onun əməllərini rədd etməyə” və “İsa və onun məhəbbətinə sığınmağa” səsləyiblər.
“Şeytan Məbədi”nin üzvü İris Fontana rəsmi tədbirin açılışı zamanı deyib: “Bükülməyəni sındırmaq lazımdır, həqiqət tərəfindən məhv edilən şeylər ölüm kimi təəssüf doğurmamalıdır. Ey Müqəddəs Şeytan. Biz bunu etdik”.
Xatirladaq ki, ABŞ—da “Şeytan Məbədi” dini qurumu rəsmən qeydə alınıb. Onlar da digər dini inanclara sahib olan insanlar kimi öz fikirlərini açıq ifadə edə bilərlər. “Şeytan Məbədi” “İfadə və inanc azadlığı”nın tələbinə uyğun olaraq dövlət tərəfindən tanınıb.(Musavat.com)

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər
İqtisadiyyat üzrə Nobel mükafatını amerikalı alimlər qazandı
Zelenski, Ərdoğan və ya Trampın iştirakı ilə Putinlə görüşə bilər
Alman nazir üvey qızının ölümü səbəbilə istefa etdi
İsrailin zəhərləmə iddiaları: həqiqət və yalanlar
