“Veysəloğlu” şirkətlər qrupunun sahibi, daha dəqiq desək, Müşahidə Şurasının sədri Aydın Talıbov və onun kimilər birdən-birə bu miqyasda biznesmenə çevrilə bilməzdi. Əgər bunların arxasında Vasif Talıbov və Eldar Həsənov kimi böyük səlahiyyət sahibləri dayanmasaydı.

Təsəvvür edirsiniz, 1993-cü ildə Naxçıvanda “prorab” işləyən Aydın Talıbovun səsi qəflətən Türkiyədən gəlir və.. Türkiyədən Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk iri həcmli məhsulların idxalını həyata keçirib. Bununla da “Veysəloğlu Distribusiya” şirkətinin əsasını qoyur. Necə olur dünən tikintidə çalışan adi bir adam bu imkana sahib olur..?

Ona görə də Aydın Talıbov hələdə tikintilə ərzaq məhsullarını biri birinə qatır, həmdə mağazaların qarşısında səki, filan görən kimi dərhal oranı qanunsuz tikməyə başlayır. Axı Aydın Talıbov öncələr “prorab” olub. Bu başqa bir yazının mövzusudur.

Əlbəttə, əvvəl söylədiyimiz fikirlərə döndükdə isə bilirik ki, Aydın Talıbovun arxasında Vasif Talıbov dayanırdı. Aydın Talıbov sonra “Araz” supermarketlər şəbəkəsini yaradır. O, “Araz” supermarketlər şəbəkəsini genişləndirməklə yanaşı, ölkədə güya “yüksək endirim” modelli “OBA” marketlər şəbəkəsini qurub. O, “OBA” marketlər ki, el arasında “OBA”-nın açılışına onun bunun artığı deyirlər. O, 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan “Favorit” şəbəkə marketlərini sahibindən Vasif Talıbovun vasitəsilə güclə alıb. 2017-ci ilin iyunun 14-dən “AVT Logistics” şirkətinin fəaliyyətinə Vasif Talıbovun xeyir duası ilə start verilib. Bu, Cənubi Qafqazda ən böyük logistika mərkəzinə sahib olan şirkətlərdən biri hesab edilir, amma yenədə Vasif Talıbovun xeyir duası ilə.

Aydın Talıbovun təşəbbüsü ilə 2018-ci ilin may ayından etibarən qida və xidmət sektorunda keyfiyyətli və münasib qiymətə xammal tədarük edən “Vesta-Horeka” distribusiya şirkəti fəaliyyətə başlayıb. Vasif Talıbovun oğlu Rza Talıbovun dəstəyi ilə 2015-ci ildə qida sektorunda topdan tədarük fəaliyyəti göstərən “V-Trade” distribusiya şirkəti qurulub.

Yenədə Vasif Talıbov və Rza Talıbovlara xidmət. 2016-cı ilin fevral ayından Eldar Həsənov, Vasif Talıbov, Rza Talıbov və Aydın Talıbovlar “Xonça” brendi adı altında şirniyyat məhsullarının istehsalına başlayıblar. Hazırda ölkəmizdə Aydın Talıbov Ramiz Mehdiyev, Vasif Talıbov, Rza Talıbov, Eldar Həsənov birləşməsinin dəstəyi ilə “Entrée Azərbaycan” ilə ölkəmizin kafe biznesinə öz “töhfəsini” verib. Və “Françayzinq” hüquqi əsasında bu tanınmış brend adı altında ölkədə 5 KAFE fəaliyyət göstərir. Bəli, qazanc isə Ulu Öndərimiz Heydər Əliyevin təməlini qoyduğu Böyük Azərbaycanımızın binasının Ramiz mehdiyevlər tərəfindən kərpic-kərpic xaincəsinə sökməyə xərclənir. Bundan əlavə, Aydın Talıbov sahibkar olaraq, 2002-ci ildən “Sirab” mineral sular zavoduna da şərikdir. Sirab kimindir ? Əlbəttə, Vasif Talıbovun…

Bütün bunlar azmış kimi son günlər redaskiyamıza daxil olan məlumata görə, Aydın Talıbov xeyli vaxtdır KİA avtomobillərinin satışını öz şirkəti üzərindən həyata keçirir. Yəni kimsə KİA avtmobilini almaq istəyirsə, Aydın Talıbova müraciət edər. Bu hələ harasıdır…?

Biz Aydın Talıbovun “Ulduz” şokolad fabrikini “Ülkər” adı ilə ələ keçirməsindən, Ulduz şokoladlarında bolt, mıx, mismar çıxmasından bəhs etmirik. Biz Aydın Talıbovun marketlərində satılan kiflənmiş pendirdən, vaxtı keçmiş balıq məhsullarından və daha nələrdən danışmaq və yazmaq istəmirik. Biz Əmək Müfəttişliyinin “Veysəloğlu” şirkətini külli miqdarda cərimə etməsindən, hətta xaricdən dəvət etdiyi əcnəbi revizorlara 20-30 min manat maaş, bizim millətin nümayəndələrinə isə 300-400 manat…verməyindən yazmırıq. Bütün bunlar bir yana. Biz Aydın Talıbovun yolkəsən olmasından yazmırıq. El-oba arasında deyərdilər ki, filankəsin oğlu yolkəsəndir…bunu qaçaq-quldur mənasında deyərdilər.

Bəli, konkret ünvanları göstərərək qeyd edirik ki, Aydın Talıbov vətəndaşların yolunu kəsib, onların hərkətinə mane olur. Məsələn, Yasamal rayonu Nazim Hikmət küçəsindəki yolu Aydın Talıbovun “Araz” marketi zəbt edib…

Aydın Talıbovun zəbt elədiyi yoldan nəinki avtomobillər, heç yazıq piyadalar keçə bilmir ee… Bu hələ harasıdır..? Zəbt etdiyin yolun yanında 21 saylı tam orta məktəb faəliyyət göstərir. Dərsdən çıxan şagirdlər yola basdırdığın dəmir pazlara keçib xəsarət alsa, nə cavab verəcəksən..? Başqa bir ünvanda , Bakı şəhəri, Yasamal rayonu Mirəli Seyidov küçəsi, ev 23-də yerləşən “Araz” market ağacları kəsir, səkini zəbt edir, avtomobil yolunu, piyada yolunu kəsərək, xalqı düşünmədən öz biznesini genişləndirir. Bu siyahını az qala sonsuza qədər davam etdirə bilərik. Amma nə faydası….

Bütün bunlar onu göstərir ki, Aydın Talıbovun nəhəng biznesinə təkcə Vasif Talıbov deyil, yuxarıda göstərdiyimiz kimi, başqa məmurlar, icra başçıları, rayon prokurorları və daha kimlər şərikdir. Yaxın zamanda həmin şəxslərin daha bir neçəsinin adı sizə bəlli olacaq. Bizi izləyin. (Gundelik-baku.com)