Zülfiyyənin arıqlığında fotoşop izi - FOTO

Xalq artisti Zülfiyyə Xanbabayevanın İnstaqram-da son paylaşdığı foto böyük müzakirələrə səbəb olub.

Minval.İnfo qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri 50 yaşlı müğənninin çox dəyişildiyini, estetik əməliyyat etdirdiyini qeyd ediblər.

Lakin daha sonra məlum olub ki, xalq artistinin dəyişiminin sirri “Photoshop”dur. Onun paylaşımında üzünün və belinin həddindən artıq incəldiyi görünür.

Bundan əlavə, Xanbabayevanın bir neçə həftə bundan əvvəl “Zəfərə doğru” klip çəkilişində artıq kiloları ilə diqqət çəkmişdi. Amma onun bu qədər qısa müddətdə arıqlaması inandırıcı deyil.

Qeyd edək ki, Azərbaycanda bir çox məşhurlar Xanbabayevadan əvvəl bu üsula əl atıblar.

Zülfiyyənin arıqlığında fotoşop izi - FOTO