Azərbaycanlı aktrisa Fatimə Abbasquliyeva sosial şəbəkədə yarıçılpaq fotosunu paylaşıb. 

Minval.İnfo xəbər verir ki, Rusiyada yaşayan həmyerlimiz şəkli belə şərh edib: “Öz qadınlığını və seksual görünüşünü sev. Onu gizlətdikcə problemlər yaşayacaqsan”.

Fotoda alt paltarında olan Fatimə çılpaq sinəsini əlləri ilə örtməyə çalışıb. Onun bu fotosu birmənalı qarşılanmayıb. İzləyicilərin bəzisi onu açıq şəklə görə təhqir edib, bəzisi isə bədən quruluşuna təriflər yağdırıb.

Qeyd edək ki, Andrey Malaxovun “Canlı yayım” proqramına qonaq olan aktrisa rejissor Mark Razovskinin ona təcavüz etdiyini demişdi. Onun bu sözlərinə bir çoxları inanmamış, Fatimənin özünü reklam etdiyini bildirmişdi.

Minval.İnfo