Avropa Birliyi rüşvət və korrupsiya ilə bağlı araştırmalar edən və 30 sentyabrda öldürülən Bolqarıstanda öldürülən Viktoriya Marinovanın qatilinin tapılmasıyla bağlı bütün Avropada axtarışların başlanması üçün çağırış edib.

Minval.İnfo xəbər verir ki, bu gün təcavüz edilərək öldürülən bulqar jurnalist Viktoriya Marinovanın qatili olan Bolqarıstan vətəndaşı Severin Karasimov Almaniyada polis tərəfindən tutulub.

Qeyd edək ki, jurnalistin cəsədi  Bolqarıstanın şimalında yerləşən Rusçuk bölgəsində aşkarlanıb. Cəsədin üzərində ekspertiza apardıqdan sonra jurnalistin öldürülməzdən qabaq təcavüz edildiyi, daha sonra boğularaq öldürüldüyü aşkarlanıb. Jurnalistin öldürülməsi ilə əlaqədar daha öncə bir neçə şübhəli şəxs saxlanılıb lakin daha sonra sərbəst buraxılıb.

Vüqar