Ä°lgili resimKriştiano Ronaldo “Real”dan gedəndən sonra Madrid klubu hec çür özünə gələ bilmir. Portuqaliyalı futbolçu indi “Yuventus”da yetərincə yaxşı oynayır. “Real” isə Çempionlar Liqasında mübarizəni dayandırıb, İspaniya çempionatında da birinci yerdən əlini üzüb.

Bizimyol.info xəbər verir ki, “Real”a qayıdan Zinəddin Zidan Ronaldonun yerinin göründüyünü etiraf edib. Fransız mütəxəssis onu əvəzolunmaz saydığını gizlətməyib. Zidanın fikrincə, kluba gələnlər Ronaldonun etdiyini göstərə bilməyəcəklər: “Amma bu, həyatdır. O burada olanda biz yalnız heyranlıqla izləyirdik”.

Zidan bildirib ki, böyük ehtimalla bu mövsüm heç bir mükafat qazanmayacaqlar, amma mümkün olanın maksimumunu etməyə çalışacaqlar. İndi əsas hədəf İspaniya çempionatının turnir cədvəlində “Atletiko”nu geridə qoyub, mövsümü ikinci yerdə başa vurmaqdır.

Kriştiano Ronaldo təxminən 9 il “Real”da çıxış edib. Portuqaliya bu klubun heyətində meydana çıxdığı 438 oyunda 450 qol vurub. Ronaldo “Real”la birlikdə 15 mükafat qazanıb. Dünya ulduzu bu müddətdə təkcə 4 dəfə Çempionlar Liqasının qalibi olub.