“Real”ın baş məşqçisi Zinəddin Zidan növbəti dəfə istefa verə bilər.

Fransalı mütəxəssis rəhbərliyin transfer siyasətindən narazıdır.

Zizu konkret olaraq “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın alınmasını istəyir. Lakin klub prezidenti Florentino Peres bu keçidə qarşıdır. Bu səbəbdən baş məşqçi ilə prezident arasında münasibətlər soyuyub.

İddiaya görə, Poqba “transfer pənrəcəsi”nin son gününə qədər alınmasa, Zidan istefa verəcək.

Qeyd edək ki, ötən ilin yayında “Real”dan ayrılan Zinəddin Zidan bir neçə ay sonra qayıtmışdı.

matc.az