Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenski seçki kampaniyası çərçivəsində qoyulmuş məhdudiyyətlərin pozulmasına dair işlə bağlı Kiyev məhkəməsinə çağırılıb.

“Qafqazinfo”nun “UNİAN”a istinadən verdiyi xəbərə görə, məhkəmə prosesi 13 may saat 12:45-ə təyin edilib.

Qeyd edək ki, V. Zelenski səsvermə günü jurnalistlərə bülletenini nümayiş etdirərək səsi özünə verdiyini açıqlamışdı. Onun bu hərəkəti Ukrayna İnzibati Xətalar Məcəlləsinin 212-10-cu maddəsinə ziddir, cərimələnə bilər.