Ukrayna Prezidenti Vladimir Zelenski 15 vilayət dövlət administrasiyasının rəhbərini vəzifəsindən azad edib.

Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka bildirib.

Onun sözlərinə görə, vəzifəsindən azad edilənlər Kiyev, Çerniqov, Odessa, Xerson, Ternopol, Poltava, Lvov, Kirovoqrad, İvano-Frankovsk, Zaporojye, Zakarpatiya, Volın, Nikolayev, Sumi və Xmelnitski vilayətlərinin rəhbərləridir.

Bundan əvvəl V.Zelenskinin mətbuat katibi Yuliya Mendel bildirmişdi ki, dövlət başçısı bütün qubernatorların dəyişdirilməsini zəruri hesab edir.

Belə qərarın səbəbi barədə isə dəqiq məlumat verilmir.(oxu.az)