Aparıcı Zaur Kamal “5/5″-də qonaq olan klarnet ifaçısı Zahid Sabirabadlını canlı yayımda alçaldıb.

Musavat.com xəbər verir ki, klarnetçinin mesajını səsləndirən Kamal onun geyimini ələ salıb: “Mənə səs göndərib ki, bir qəşəng kostyum alıb. Düşündüm ki, yəqin mənə verəcək. İstədim yazım ki, mən başqalarına kostyum verirəm, sonra fikrimi dəyişib səsə sona qədər qulaq asdım. Dedi ki, kostyumu geyinib verilişə gələcək. (Sabirabadlıya müraciət edərək) Kostyumu Binədən almısan? Bunun üstü ala-buladır, üstə neçə xətt var? Lap köhnə dəbdir, indi heç kim bunu geyinmir”.

Zahid isə ”Ay toba, Binədən almamışam. Binədən alanda nə olur?” deyə aparıcıya cavab verib.