Ä°ranın xarici işlər naziri istefa veribƏgər biz müsəlmanlar bir olsaq, Fələstində yaşanan zülmün qarşısını ala bilərik.

Axar.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Bizim üçün mübarək bir gündə Əqsa məscidində yaşanmış olaylara səssiz qala bilmərik. ABŞ Fələstin-İsrail arasında gərginliyi bitirmək adı ilə “Əsrin anlaşması” deyilən bir fikir ortaya atıb. Əgər biz özümüzə hörmət etməsək, şərəfimiz yenə belə alçaldıcı hücuma məruz qalacaq”, – Zərif bildirib.

Qeyd edək ki, ötən gün Əqsa məscidində yaşanmış gərginlik zamanı 37 fələstinli yaralanıb.