Yuxudan əziyyət çəkənlər

Bir çox hallarda yuxudan şikayət edən insanlarla qarşılaşırıq.

“Ölkə.Az” xəbər verir ki, Avstraliyalı alim Syuzi Barrel gecələr insan yuxusunu qaçıran qidaları və yaxşı yuxuya getmək üçün qəbul edilməsi lazım olan qidaları açıqlayıb.

Bu qidalar yuxuya mane olur

Qara şokolad

Şokoladı yuxudan əvvəl qəbul etmək olmaz. Çünki qara şokoladın tərkibində kafein daha çoxdur. Bu səbəbdən axşam yeməyindən sonra qara şokolad qəbul etmək olmaz.

Dondurma

Dondurmanın tərkibindəki şəkər və yağ beyini hərəkətə keçirir. Bu səbəbdən yuxudan 1-2 saat əvvəl dondurma qəbul etməyin.

Duzlu qidalar

Yüksək miqdarda duz insanın yuxusunu qaçırır. Duz insan orqanizminə mənfi təsir edir. Bundan başqa susuzluq verir və yuxudan ayılıb su içməyə vadar edir.

Yuxuya müsbət təsir edən qidalar:

Banan

Banan qidalarla zəngindir. Bananın tərkibində əzələlərin dinlənməsinə kömək edən potasium və maqnezium var. Bundan əlavə, bananın tərkibindəki təbii karbonhidratlar da yuxuya müsbət təsir edir.

Süd

Süd orqanizmdə serotonin maddəsinin ifrazına kömək edən amin turşusunun mənbəyidir. Serotonin orqanizmi təbii olaraq sakitləşdirən və yuxuya dalmağa kömək edən bir maddədir.

Fındıq

Fındığın orqanizmə faydaları çoxdur. Eyni zamanda yaxşı yuxu üçün də faydalıdır. Fındığın tərkibindəki kalsium beyinin yuxunu dəstəkləyən melatonin hormonu ifraz etməsi üçün kömək edir.