“Barselona” “Ayaks”ın gənc ulduzu Mattis de Liqtin transferi uğrunda mübarizədən kənarda qalıb.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, buna səbəb maliyyə məsələləri olub. Belə ki, “Yuventus” və PSJ-nin bu futbolçu üçün təklifi “Barselona”nın təklifindən üstün olub.

Qeyd edək ki, 19 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə meydana çıxdığı 55 rəsmi oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.