“Napoli”nin prezidenti De Laurentis “Yuventus”un ulduz futbolçusu Kristiano Ronaldo haqqında maraqlı açıqlamalar verib.

Modern.az İtaliya mətbuatına əsasən xəbər verir ki, Laurentis Ronaldunu klubun həqiqi lideri olduğunu deyib:

“Yuventus”un əsl məşqçisi Ronaldodur. Komandanı o, motivasiya edir. Paltardəyişmə otağınada o, hakimdir. Bunu mən görürəm. Milli komanda da ehtiyat skamyada oturduğu bir oyunda futbolçulara baş məşqçidən çox o səslənirdi”.

Laurentis sonda Ronaldonu “Torino” klubundan qabaq almaq üçün büdcələrinin olmadığını deyib.

Qeyd edək ki, portuqaliyalı ulduz bu mövsüm 42 oyunda 28 qol vurub və 13 məhsuldar ötürmə verib.