7 suriyalı miqrantı qeyri-qanuni yollarla Yunanıstana keçirmək istədiyi iddia edilən türk gəmisinin kapitanına yunan hərbçiləri atəş açıb.

“Ölkə.Az” xəbər verir ki, Muğlanın Bodrum rayonundan yola çıxan gəmi kapitanı açılan atəş nəticəsində yaralanıb. Saxlanılan kapitan Kos adasındakı xəstəxanada müalicə olunur.

Hadisə bu gün səhər saatlarında baş verib. Yunan sahil mühafizə xidmətinin xəbərdarlığına məhəl qoymayan gəmiyə atəş açılıb. Yunan sularından türk sularına keçməyə çalışan gəmi dayandırılıb.

Yaralı kapitan və 7 suriyalı qaçaq saxlanılıb.