Yıxıldı, tavanın qulpu gözünə girdi

Almaniyada qəribə hadisə baş verib.

“Ölkə.Az” xəbər verir ki, Karlsruhe şəhərində yaşayan 64 yaşlı kişi sərxoş vəziyyətdə mətbəxdə yıxılıb. Yıxılan zaman mətbəxdəki tavanın qulpu onun gözünə girib.

Ağır yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlər bildirirlər ki, tavanın 10 sm-lik qulpu adamın gözünü və beynini siyirərək onlara ziyan vurmayıb. Yaralı şəxs ölümdən qurtulub. O, 7 gündən sonra xəstəxanadan buraxılıb.