Ermənistanın korrupsiya və iqtisadiyyat sahəsində cinayətlərə qarşı mübarizə idarəsi Yerevan meri Taron Marqaryana qarşı materialları ölkənin baş prokurorluğuna göndərib.

Minval.info xəbər verir ki, bu haqda “Newstime.am” məlumat yayıb.

Məlumata görə, Yerevan merinə qarşı iri məbləğlərdə pul vəsaitlərini mənimsəmə, iri məbləğlərdə vergidən yayınma, dövlət sənədlərinin saxtalaşdırılması, vəzifədən suistifadə ittihamları ilə cinayət işi açılıb.