Müğənni İzzət Bağırov yeni mövsümdə artıq iş başına keçib.

Minval.İnfo xəbər verir ki, o musiqisi Hacı Nazimə, sözləri Cəlilə məxsus “Ey yar” adlı mahnısını təqdim edib. Yeni işi haqqında danışan ifaçı yeni mahnılar üzərində işlədiyini də bildirib:
“Yay boyu çalışmışam. “Ümidlər puç olanda” filminin hazırlıqlarıa başım qarışmışdı. Yeni mahnılar da yazmırmışam. Onlardan biri də “Ey yar” adlanır. Bəziləri isə filmdə səslənəcək. Tam payız ab-havalı bəstədir. İnanıram ki, dinləyicilər də bəyənəcək”.

Qeyd edək ki, son olaraq ifaçı ssenari müəllifi olduğu “Ümidlər puç olanda” filmi ilə gündəmə gəlib. Filmin afişası yayımlandıqdan sonra ifaçı tənqid olunub. Film oktyabr ayında təqdim olunacaq.

Minval.İnfo