Yaponiyanın baş naziri təcili olaraq Rusiya prezidenti ilə görüşmək istədiyini bildirib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Sindzo Abe bu gün səhər saatlarında verdiyi açıqlamada 2018-ci ilin sonuna qədər Vladimir Putinlə görüşəcəyini bəyan edib.

Görüş noyabr, yaxud oktyabr aylarında baş tutacaq.

“Rusiya-Yaponiya rəsmilərinin görüşü olduqca vacibdir”, – deyə baş nazir vurğulayıb.

Rusiyalı ekspertlər Çin-Rusiya münasibətlərinin yaxınlaşmasından Yaponiyanın narahat olduğunu və Pekinlə birlikdə “Şərq-2018” təlimlərini keçirməsinin onlar üçün də mesaj olduğunu vurğulayırlar.