Minval.info // Bu gün səhər saatlarında güclü yanğın başlayan “Diqlas” tiracət mərkəzi sabiq MTN naziri Eldar Mahmudova məxsusdur. “Qafqazinfo”nun əldə etdiyi məlumata gorə, “Diqlas”ın rəsmi sahibi keçmiş nazirin oğlu Anar Mahmudovdur.

Qeyd edək ki, MTN generallarının məhkəməsində də dəfələrlə “Vasmoy bazarı”nin taleyi gündəmə gəlib. İstintaq sənədlərinə görə, “Vasmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, digər hissəsi isə Hilal Əsədovun xanımı Nüşabə Əsədovanın adına olub.

Akif Çovdarov və başqaları da bu haqda məhkəmədə geniş ifadə veriblər.

Muavat.com-un əldə etdiyi digər məlumata görə isə, “Diqlas”a yeri o vaxtlar Nizami RİH-in başçısı olmuş Mehbalı Əliyev sərəncamla ayırıb. Lakin həmin vaxt Nizaminin bələdiyyə sədri bu səndə imza atmayıb. Səbəb kimi ərazinin yaşıllıq olmasını göstərib. Bundan sonra bələdiyyə sədrinə ciddi təzyiqlər başlayıb. Hətta onun MTN-də bir neçə gün saxlandığı, sənədi imzaladıqda sonra sərbəst buraxıldığı deyilir.

Bəzi ehtimallara görə, “Diqlas” bilərəkdən yandırılıb. Səbəb ölkədə sosial narazılıq, xof və gərginlik mühiti yaratmaqdır. Musavat.com bildirir ki, yanan ticarət mərkəzində milyonlarla mal külə dönüb. Xeyli sahibkar bundan ziyan görüb. Onların sığorta və sair başqa adlarla bəzi tələblərdə bulunacaqları istisna edilmir. Son aylar ölkə prezidentinin sosial-iqtisadi sahələrə aid verdiyi xeyli sərəncam və fərmanlar əhali tərəfindən rəğbətlə qarşılanır. Prezident xalqla hakimiyyət arasında olduqca isti münasibət yaradıb, ardıcıl təmaslar qurub. Bunun da nəticəsində sosial narazılıqlar xeyli azalıb. Hökumətin işinin yaxşı getdiyi bir vaxtda bu cür hadisənin olması ustər-istəməz bəzi şübhələrə yol açıq. Ona görə də bəzi ekspertlər “Diqlas”ın qəsdlə yandırıldığını istisna etmirlər. Bu məsələdə də əsas şübhələr ticarət mərkəzinin sahiblərinin üstünə gedib çıxır. Xatırladaq ki, 2015-ci ilin may ayında 8-ci mikrorayonda yaşayış binasının yanmasından sonra qəsd versiyası ortaya çıxmışdı. Bu məsələdə də əsas şübhələr həmin vaxt dövlət rəhbərliyinin gözündən düşmüş Eldar Mahmudovun üzərinə tuşlanmışdı.