Yalçın Rzazadə: "Yəqin ki, əməliyyat olunacağam" - YENÄ°LƏNÄ°BYalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya müğənni özü məlumat verib.

O bildirib ki, bir qədər əvvəl evə buraxılıb, xəstəxanada qala bilmir.

Y. Rzazadə qeyd edib ki, səhhətində ciddi problemlər var: “Mədəmdə üç böyük yara var idi. Hazırda o yaralar şişib və qanıma zəhərlənmə keçib. Həkimlər əməliyyata ehtiyac olduğunu deyirlər. Sabah yenidən xəstəxanaya, müayinəyə gedəcəyəm. Yəqin ki, əməliyyat olunacağam”.