“Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı atdığı atdımla medianın gündəminə düşməyi bacarıb.

Minval.info xəbər verir ki, o, öz “instaqram” hesabında izləyicisini təhqir edib.

Belə ki, ötən gün Xoşqədəm Hidayət “instaqram” hesabının “history” bölməsində məşhur porno ulduz Coni Sinsin şəklini paylaşaraq bu sözləri yazıb: “Bir namus ağacı bu adamı bacısı üçün axtarır. Həmin adamı tanıyan varsa,  adını yazsın, ona kömək edəcəyik”.

Xanım aparıcı şəxsin adını da yazının üzərinə işarələyib. Ehtimal edilir ki, həmin şəxs teleaparıcını təhqir edib. Xoşqdəm də ona cavabı bu şəkildə verib.

Minval.info