Mərkəzi İstanbulun Adana şəhəri olmaqla 5 bölgədə həyata keçirilən əməliyyatlarda 17 nəfər tutularaq, polis bölməsinə aparılıblar.

Minval.İnfo xəbər verir ki, polis bölməsi uzun müddətdir “Manukyan” ləqəbli əxlaqsızlıq yuvası  rəhbəri Afifə F. axtarırmış. Bu qadının gələn turist qadınları zorla fahişəliyə məcbur etməsi ilə bağlı tez-tez şikayətlər daxil olub. Nəhayət, 3 aylıq axtarışdan sonra “Manukyan”-ın da daxil olduğu 17 nəfərlik şəbəkə polislər tərəfində tutulub.

“Şəbəkə liderinin 3 övladından ikisi alim, biri isə həkimdir”

Polisin axtarışlarından sonra  o da məlum olub ki, əxlaqsızlıq yuvasının lideri olan Afifənin 3 övladından ikisi alim, biri isə həkimdir.

“Otelə gələn turist qadınları fahişəliyə zorlayırdı”…

Şəbəkə lideri Afifənin sevgilisi olan M.K. ilə otelə gələn turistləri aldadaraq onları əxlaqsızlığa cəlb etməyə çalışırlar. M.K otelə gələn qadınlara yaxınlaşıb əvvəlcə söhbətləşir, “Çox gözəl və baxımlısınız. Bu sizə çoxlu gəlir gətirə bilər” deyərək, onları ələ almağa çalışır. Bu yolla özünün qurbanına çevirdiyi bir neçə turist var.

Minval.info