Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 104 m2 olan ikimərtəbəli evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları qismən yanıb.

“Minval.info”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 3 azyaşlı yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.