Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 200 m² olan tikilinin (boya sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Minval.İnfo FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.