Dörd gün əvvəl Xırdalanda baş verən yol qəzasında dünyasını dəyişən qadının yaxınları axtarılır.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, qəzada ölən qadının meyiti iyunun 14-də Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə daxil olub. Hadisədən 4 gün keçməsinə baxmayaraq onun yaxınları hələ də tapılmayıb.

Fotodakı qadını tanıyanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə məlumat vermələri xahiş olunur.

Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır - FOTO