Bakıda sürücü maşını piyadaların üstünə sürdüBakı-Sumqayıt yolunun Xırdalan dairəsində avtomobil piyadanı vurub.

“Minval.info” xəbər verir ki, hadisə ötən gün baş verib. 99-NM-678 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil qəfil qarşısına çıxan piyadanı vurub.

Hadisə nəticəsində yaşlı kişi  yerə yıxılıb. Xoşbəxtlikdən piyada ciddi xəsarət almayıb.

“Minval.info”