Xınalıq yolunda maşınlar qar uçqunu altında qaldı

Quba-Xınalıq yolunda qar uçqunu səbəbindən yol bağlanıb.

Minval.İnfo Report-a istinadən xəbər verir ki, uçqun yolun 32-ci kilometrliyinin 4 hissəsində baş verib.

Nəticədə bir neçə avtomobil qar uçqunu altında qalıb. Həmçinin 7 kəndlə əlaqə kəsilib.

Qarı təmizləməyə gedən texnikanın xarab olması səbəbindən yolu açmaq hələ ki, mümkün olmayıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.