ABŞ-da həbs olunan şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır.

Bu barədə “oxu.az”-a Azərbaycan XİN-nin rəsmisi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, ABŞ-ın hüquq-mühafizə orqanları Azərbaycanın bu ölkədəki səfirliyini hadisə barədə məlumatlandırıblar.

“Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır”, – deyə, Hacıyev qeyd edib.

Xatırladaq ki, ABŞ-da iyulun 31-də 25 nəfərdən ibarət cinayətkar qrupa qarşı ittiham irəli sürülüb. Qrup üzvlərindən 17-si həbs edilib, səkkizi barədə isə axtarış elan olunub.

Aralarında dörd azərbaycanlının da olduğu qrup üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulların yuyulmasında ittiham olunub.

Saxlanılan şəxslər dələduzluqla bağlı 20 il müddətinə, çirkli pulların yuyulması ilə bağlı 30 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Qeyd edilib ki, 23 yaşlı azərbaycanlı Elvin Bağır-pur iyulun 24-də Mayamidə həbs edilib. Həmin gün Nyu-Yorkda saxlanılan digər 11 nəfər arasında da üç azərbaycanlı olub – 30 yaşlı Sərxan İmamverdiyev, 30 yaşlı Elvin Cavadzadə, 23 yaşlı Dürrə Mehdiyeva.

Name

Age

Nationality

Residence

ASHIROVA

27

Kazakhstan Brooklyn
BAGHIR-PUR

24

Azerbaijan Brooklyn
ELIOZASHVILI

44

Georgia Brooklyn
IMAMVERDIYEV 

30

Azerbaijan Brooklyn
INADZE

37

Georgia Brooklyn
JALOLOVA

23

Kazakhstan Brooklyn
JAVAZADE

30

Azerbaijan Brooklyn
LEVINSKI

23

United States Brooklyn
KHUKIASHVILI

63

Georgia Brooklyn
KHUDAIBERGENOVA

48

Kazakhstan Brooklyn
KALINITCHEV

62

Ukraine Brooklyn
MEHDIYEVA

23

Azerbaijan Brooklyn
NAZINA

29

Ukraine Brooklyn
PAPOSHVILI

43

Georgia Brooklyn
SEPIASHVILI

64

Georgia Brooklyn
STASOVSKIY

58

Russia Brooklyn
YAZICI

36

Turkey Brooklyn
PUKE

31

Latvia Delray Beach, FL
VITOLS

29

Latvia Delray Beach, FL
DEDUSEV

29

Russia Los Angeles
LISITSKIY

30

Russia Los Angeles
LIVADNYI

39

Russia Los Angeles
TUPIKIN

32

Russia Los Angeles
MOROZOV

29

Russia Moscow
STARIKOV

34

Russia Moscow

Minval.İnfo