Bakıda güclü yanğın baş verib.

Minval.info xəbər verir ki, hadisə Fəhlə prospektində, Xəzər televiziyasının binasının yaxınlığında qeydə alınıb. Belə ki, orada fəaliyyət göstərən restoranda güclü yanğın baş verib.

Əraziyə yanğınsöndürən, təcili yardım maşınları və canlı qüvvə cəlb olunub.

Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Yanğın güclü olduğundan FHN əməkdaşları hadisənin qarşısını almaqda çətinlik çəkir.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.